Bakıda hər kəsi şoka salan turist danışdı - VİDEO

Bakıda hər kəsi şoka salan turist danışdı - VİDEO
MARAQLI
16:49 06.10.2019
20214
Rolf Buxolz. Onu bu cür xarakterizə etmək olar: dünyanın ən çox pirsinqli, buynuzlu və nəhayət şeytan görünüşlü adamı. 60 yaşlı alman müsahibimiz 8 il bundan öncə bədənində çoxlu sayda xırda deşiklər və pirsinqlər olduğu üçün Ginnesin Rekordlar kitabına düşüb. Özünün dediyinə görə, ağız ətrafında 100, ümumilikdə üz hissəsində 150, bədənində 500-ə yaxın prisinq var. Almaniyanın Dortmund şəhərində doğulub və 60 ildir ki, orada yaşayır. İxtisasca komputer mütəxəssisi olan Rolf Buxolz Almaniyada böyük telefon şirkətlərinin birində çalışır. Pirsinq taxmağa isə 20 il əvvəl başlayıb.

Bakıya 2 gün əvvəl Aşqabaddan gəlib. Məqsədi isə gəzmək və paytaxtı tanımaqdır. Bakını bəyənirsinizmi sualına belə cavab verir:

"Gözəl şəhərdir. Almaniyada insanlar Azərbaycanı və paytaxt Bakını çox tanımır. Buranı görmək və bu ölkə barədə məlumat almaq mənə xoşdur. Demək olar ki, bütün gün şəhəri gəzirəm. İnsanlar mənə yaxınlaşaraq şəkil çəkdirirlər. Yalnız yerli əhali deyil, turistlər də şəkil çəkdirirlər. Bu da normaldır”.

Müsahibimiz dünyada özü qədər pirsinqə sahib olan insanların az, lakin taxmaq istəyənlərin çox olduğunu söyləyir. Dediyinə görə, Almaniyada bir çox insan pirsinq taxır və bu orada normal haldır. "Bəs, insanlar sizi görəndə qorxurlarmı?” sualına o, belə cavab verir:

"Düşünürəm ki, bəzi insanlar qorxurlar. Çünki bu qədər prisinqi olan adamı daha əvvəl görməyiblər. Deyə bilərəm ki, bu yalnız xarici görünüşdür və başqa bir anlamı da yoxdur”.

Rolf Buxolz deyir ki, bədənində ən çox pirsinqi olduğuna və Ginnesin Rekordlar Kitabına düşdüyü üçün çox xoşbəxtdir. Çünki hər adam bu kitaba düşə bilmir. Özünün söylədiyinə görə, ona ən çox verilən suallardan biri də "rahat yemək yeyə bilirsinizmi?”dir. O isə cavabında "bəli, heç bir problem yaşamıram”, deyir.

Yeməkdən söhbət düşmüşkən Azərbaycan mətbəxini, ən çox da dolmanı çox sevdiyini deyir. "Siz şeytanı təbliğ edirsiniz?” sualına isə belə cavab verir:

"Satanist deyiləm, normal insanam. Şeytana da inanmıram. İnsanların çoxu başımdakı buynuzlara görə məni şeytana bənzədir. Amma mən elə düşünmürəm. Buynuzlarımdan da çox xoşum gəlir”.

Müsahibimiz deyir ki, alnındakı buynuzlar və bədənindəki şişlər silikondur. Rolf Buxolz Bakıda yaşamağı düşünmür. Çünki burada yaşamalı olsa o əvvəla dili öyrənməlidir. Bu isə onun üçün heç də asan deyil. Şəxsi həyatından da danışan turist heç vaxt evli olmadığını lakin sevgilisi olduğunu deyir. Gözəl qızlardan xoşu gəldiyini deyən Rolf 2 gün sonra Almaniyaya qayıdacağını və növbəti səfərinin Londona olacağını söyləyir.
 
///apa

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu