Bakıda hərbçilər ağır yol qəzasına düşdü: ölənlər var

Bakıda hərbçilər ağır yol qəzasına düşdü:  ölənlər var
Bütün Xəbərlər
16:05 02.05.2013
2048

Bakıda hərbçilər ağır yol qəzasına düşüb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 1-də qeydə alınıb. Bakı şəhər sakini Elçin Mahmudov idarə etdiyi "Chevrolet" markalı avtomaşını yolun kənarındakı qaz borusuna çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Avtomobildə olan sərnişinlər - Aqil Hüseynov, miçman Vüqar Ağayev və kiçik miçman İsgəndər Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR