Bakıda heroin alverçisi küçədə tutuldu

KRİMİNAL
11:15 12.06.2020
826
Bakıda narkotik alveri ilə məşğul olan şəxs tutulub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisindfə baş verib. Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər Cnayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 221-ci (xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1982-ci il təvəllüdlü Ramin Quliyev saxanılıb.

Üzərinə baxış keçirilərkən ondan 110 qram heroin, 1 kiloqram 105 qram marixuana və 180 ədəd preqobalin narkotik həb aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR