Bakıda hündürmərtəbəli bina yandı

Bakıda hündürmərtəbəli bina yandı
Bütün Xəbərlər
12:58 20.12.2014
1415
Bakıda hündürmərtəbəli binada yanğın olub.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən 13-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelleri 200 p.m yanıb. Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 10:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR