Bakıda hündürmərtəbli yaşayış binasında yanğın baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə birqadası cəlb olunub.
FHN-dən verilən məlumata görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki çoxmərtəbəli yaşayış binasının mənzilində yanğın baş verib: "Əraziyə nazirliyin və Bakı regional mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".