Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "Hyundai" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.