Bakıda icazəsiz mitinq başlamalıdır - AZ SONRA

Bakıda icazəsiz mitinq başlamalıdır - AZ SONRA
Bütün Xəbərlər
13:35 10.12.2012
1864
u gün İctimai Palata (İP) Fəvvarələr meydanında etiraz aksiyası keçirəcək. Aksiya təyin olunan vaxtda - saat 14:00-da başlayacaq. Aksiyada İP-ə daxil olan partiyaların üzvləri, ictimai fəallar və gənclər iştirak edəcək. Məqsəd Beynəlxalq İnsan Haqları Günündə bütün nəzərləri Azərbaycanda demokratiya və insan haqlarının vəziyyətinə yönəltməkdir. Aksiya sanksiyalaşdırılmayıb və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətə ənənəvi olaraq heç bir yer təklif etməyib. Meriya aksiyanı məqsədəuyğun saymayıb. Bakı Şəhər Baş Polis İdarəsindən isə təşkilatçılara xəbərdarlıq olunub və aksiyanın qarşısının alınacağı bildirilib. Müxalifət isə geri çəkilmək niyyətində olmadığını bəyan edərək bu günə təyin olunan aksiyanı keçirməkdə israrlı olduğunu deyib. Sumqayıt polisi isə yerli müxalifətçilərə xəbərdarlıq edib. Bu barədə “Azadlıq” radiosuna dekabrın 9-da polisə aparılan Müsavat Partiyası Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbas məlumat verib. Onunla birlikdə AXCP və KXCP-nin şəhər təşkilatının sədrlərini Sumqayıt Şəhər Baş Polis İdarəsinə aparıblar. İdarənin rəis müavinləri - Azər Cahangirov və Həsən Əsədov onlara xəbərdarlıq edib ki, 10 dekabr mitinqi icazəsiz olduğuna görə çıxmasınlar. Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Səxavət Soltanlının fikrincə, Beynəlxalq İnsan Haqları Günündə sərbəst toplaşma azadlığını boğmaq hakimiyyəti yenə də rüsvay edəcək: “İqtidarın bu davranışları özünü rəzil etməkdir. Dünyada hər ilin bu günü nümayişlər, yürüşlər keçirilir. Avropa Şurasının üzvü olan bir ölkədə dinc aksiyaya icazə verməmək hakimiyyətin qorxaqlığının sübutudur. Biz dinc aksiya keçirməklə hakimiyyətin, beynəlxalq ictimaiyyətin, eləcə də xalqımızın diqqətini bir daha pozulan hüquqlarımıza cəlb etmək istəyirik. Bu gün hər kəs öz pozulmuş haqlarının müdafiəsinə qalxmalıdır. Hakimiyyət isə anlamalıdır ki, insanların ali hüquqlarına hörmət etmək lazımdır. Dekabrın 10-u meydanda olacağıq, hər kəs etirazlara qoşula bilər”.S.Soltanlı deyir ki, bu gün təkcə aksiyalar çərçivəsində qeyd olunmayacaq: “Aksiyamız sadəcə meydanda etiraz etməklə kifayətlənməyəcək. Gənclər sosial şəbəkələrdə bu günü xüsusi olaraq qeyd edəcəklər. Səsimiz çatan insanlara müraciət edirəm ki, harada hüquqları pozulursa, orda hüquqlarını pozanlara qarşı ən azı sabah etiraz etsinlər. Biz sabah daha aktiv şəkildə meydanda hakimiyyət tərəfindən pozulan hüquqlarımızın bərpasını tələb edəcəyik”. “Dekabrın 10-da keçiriləcək etiraz aksiyası Azərbaycanın azadlığı uğrunda apardığımız mübarizənin tərkib hissəsidir. AXCP bu tədbirə dəstək verir və cəbhəçi gənclər həmişə olduğu kimi bu dəfə də fəallıq nümayiş etdirəcəklər. Tam hazırıq və sosial şəbəkələrdə də çağırışlar edərək narazıları aksiyaya dəvət etmişik” - bunu AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı dedi. Onun sözlərinə görə, aksiyalar davam edəcək və Beynəlxalq İnsan Haqları Günündə ölkəmizdə insan haqlarının pozulduğuna dair nümayişin keçirilməsi düzgün addımdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı