Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bütün Xəbərlər
10:21 31.08.2015
681

Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

Qəza Heydər Əliyev prospektində qeydə alınıb. Əmirbəyova Arifə Süleyman qızının idarə etdiyi "Hyundai" və Polad Misirovun idarə etdiyi "VAZ 2107" markalı nəqliyyat vasitələri metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edərkən toqquşub.

Qəza nəticəsində A. Əmirbəyova yüngül xəsarət alıb. İlkin ehtimal kimi qəzaya xanım sürücünün ani diqqətsizliyi göstərilir. Hadisənin təfərrüatlarını Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində araşdırılır.

(apa)

OXŞAR XƏBƏRLƏR