Bakıda iki gənc intihara cəhd etdi

Bakıda iki gənc intihara cəhd etdi
Bütün Xəbərlər
12:32 06.11.2012
1035
Ötən gün Bakıda 2 gənc intihara cəhd edib. Hüquq mühafizə orqanlarından verilən məlumatına görə, Nərimanov rayonunda yaşayan 25 yaşlı Şəhriyar Orucov damarlarını doğrayıb. Onu evdə ailə üzvləri qan içində tapıblar. Şəhriyar Orucov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Digər intihar hadisəsi isə Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi ərazisində baş verib. 19 yaşlı Azər İsalı 3 qutu dərman qəbul edərək həyatına son qoymaq istəyib. Ailə üzvləri onu yataqda huşsuz vəziyyətdə tapıblar. Gənc dərhal xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR