Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhəri, Nəsimi rayonunda “Mercedes” markalı iki minik avtomobili toqquşub.
FHN xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, xəsarət almış sürücülər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.//APA












































