Bakıda iki metro stansiyası tunellə birləşdirildi - FOTOLAR

Bakıda iki metro stansiyası tunellə birləşdirildi - FOTOLAR
Bütün Xəbərlər
14:19 17.07.2013
2720

Məlum olduğu kimi, aprel ayından etibarən "Memar Əcəmi" metro stansiyasının əsas girişi bağlanıb. Stansiyaya bitişik ərazi də keçid stansiyasının tikintisi məqsədi ilə çəpərlənib.  Tikilməkdə olan metropolitenin baş mühəndisi Humay Hümbətov qeyd edib ki, keçid stansiyasının tikintisi qrafik üzrə gedir.  Keçid stansiyasından sərnişinlər avtovağzal stansiyasına və geriyə hərəkət edə biləcəklər. Stansiyanın konstruksiyası artıq inşa olunub, havalandırma sistemləri quraşdırılıb və beton işləri başa çatıb. Hazırda santexnika işləri görülür. İnşa olunan "Avtovağzal" stansiyasından "Memar Əcəmi stansiyasına 1800 metr uzunluğunda tunel çəkilib. Bundan başqa, "Memar Əcəmi" stansiyasından hərbi hospital tərəfə də tunel qazılıb. Keçid stansiyası və "Avtovağzal" stansiyası 2014-cü ildə istifadəyə veriləcək", - o əlavə edib. //day.az

OXŞAR XƏBƏRLƏR