Bakıda iki nəfər ebolaya yoluxub? – RƏSMİ AÇIQLAMA

Bakıda iki nəfər ebolaya yoluxub? –  RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
15:17 05.11.2014
4921
Bakıda Nizami metrosu yaxınlığında yerləşən yaşayış binalarının birində yaşayan iki afrikalının ebola virusunun daşıyıcıları olması ilə bağlı xəbərlər yayılıb. AZXEBER.COM-un məlumatına görə, bu barədə “facebook” sosial şəbəkəsində məlumatlar yayılıb.
Sözügedən məlumatı dəqiqləşdirmək məqsədi ilə Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Anar Qədirli ilə əlaqə saxladıq. A.Qədirli bildirib ki, nazirliyə bu barədə məlumat daxil olmayıb.
Amma eyni zamanda, müsahibimiz araşdırmağa çalışdığımız məlumatın yoxlanılacağını da bildirib. Səhiyyə Nazirliyi yetkilisi az sonra AZXEBER.COM-a verdiyi açıqlamasında sözügedən məlumatın təsdiqlənmədiyini söyləyib.
Xatırladaq ki, ebola ilə bağlı Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən vaksinlər və həkimlər üçün xüsusi geyimlər gətirilib. Qeyd edək ki, dünyada bu virusdan ölənlərin sayı artıq 5 minə yaxınlaşıb.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR