Bakıda iki nəfər özünü asdı

SOSİAL
13:45 08.07.2016
1447
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Bakıda iki nəfər intihar edib.
Hadisələrdən biri Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Azər Məmmədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Digər hadisə isə Xətai rayonunda baş verib. Rayon sakini Fərman İsmayılov yaşadığı ünvanda özünü asaraq intihar edib.
Hər iki faktla bağlı rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
///APA
OXŞAR XƏBƏRLƏR