Paytaxtda bıçaqlama hadisəsi baş verib.
Bu barədə Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, rayon ərazisində yerləşən daş karxanasında Mehdiyev Qəzənfər Əli oğlu və qardaşı Tural Mehdiyev 1973-cü il təvəllüdlü Əliyev Talıb tərəfindən bıçaqlanıblar. Xəsarət alan hər iki qardaş xəstəxanaya yerləşdirilib. Polis hadisəni törədən T.Əliyevi saxlayıb. Hazırda faktla bağlı araşdırma aparılır.