Bakıda iki uşağı avtomobil vurdu

SOSİAL
21:28 12.07.2020
532
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu rayonunda avtomobil 9 yaşlı Yusubova Aysu Əlihuseyn qızını və 8 yaşlı Yusubova  Rüqəyya Bayandur qızını vurub. 

Azyaşlı uşaqlar təcili yardım avtomobili ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıblar. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralıların vəziyyəti ağırdır.
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet