Bakıda ikimərtəbəli çay evi yanıb, 2 nəfər xəsarət alıb

Bakıda ikimərtəbəli çay evi yanıb, 2 nəfər xəsarət alıb
Bütün Xəbərlər
01:45 29.04.2014
906
Bakının Xətai rayonu, Səməd bəy Mehmandarov 8 ünvanında yerləşən ikimərtəbəli çay evində güclü yanğın baş verib.

APA-nın xəbərinə görə, "555 " adlı çay evində baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində güclənən alovun qarşısı tez bir zamanda alınıb.

Yanğın zamanı çay evində olan müştərilərdənAPA-ya verilən məlumata görə, yanğına qaz balonunun partlaması səbəb olub. Partlayış baş verən zaman çay evində olan müştərilər cəld özlərini çölə atıblar. Onlardan ikisi xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Eyni zamanda yanğınsöndürənlər rahat işləməsi üçün Səməd bəy Mehmandarov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR