Bakıda ilk beynəlxalq etik haker konfransı keçiriləcək

Bakıda ilk beynəlxalq etik haker konfransı keçiriləcək
SOSİAL
19:10 08.09.2026
78
Oktyabrın 27-də Bakıda "CyberHackCon 2026” beynəlxalq etik haker konfransı keçiriləcək.
 
Tədbir etik hakerləri, kibertəhlükəsizlik tədqiqatçılarını, "red team” mütəxəssislərini və sahə üzrə beynəlxalq ekspertləri bir araya gətirəcək.

Konfransın əsas mövzuları hücum təhlükəsizliyi, kritik infrastrukturun və SCADA/ICS sistemlərinin qorunması, süni intellekt əsaslı kibertəhdidlər, "dark web” kəşfiyyatı, kiber-geosiyasət və EDR sistemlərindən yayınma taktikaları olacaq.

Tədbirdə 20-dən çox beynəlxalq spikerin iştirakı nəzərdə tutulur. Konfrans dövlət qurumlarının mütəxəssisləri, korporativ təhlükəsizlik rəhbərləri, kibertəhlükəsizlik tədqiqatçıları və bu sahədə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR