Bakıda ilk dəfə olaraq “Xəzərin gözü” oftalmoloji seminar keçirilib - Fotolar - Video

Bakıda ilk dəfə olaraq “Xəzərin gözü” oftalmoloji seminar keçirilib - Fotolar - Video
SOSİAL
17:13 17.01.2022
272
Yüksək miopatiyası və astiqmatizmi olan bəzi xəstələrdə ekzimer lazer əməliyyatı vasitəsilə eynəkdən qurtulmaq mümkün deyil. Həmin xəstələri ən müasir üsulla xüsusi linzalardan istifadə edərək eynəklərdən azad etmək olur. Bu, çox unikal bir əməliyyat sayılır.

AZXEBER.COM xəbər verir ki, yanvarın 14-də Bakıda "Caspian International Hospital”ın təşəbbüsü və Türkiyənin İzmir şəhərindəki Kaşkaloğlu Göz Xəstəxanasının oftalmoloqlarının iştirakı ilə ilk dəfə olaraq keçirilən "Xəzərin gözü” seminarında "Caspian International Hospital”ın oftalmoloq-cərrahı Cahid Şahbazov yüksək nömrəli eynəklərdən istifadə edən, ekzimer lazer əməliyyatlarına uyğun olmayanlar üzərində müasir linza əməliyyatlarına dair fikir mübadiləsi aparıb.

 
Türkiyəli oftalmoloq-cərrah, professor Mahmud Kaşkaloğlunun moderatorluğu ilə keçirilən seminarda azərbaycanlı oftalmoloq-cərrah son bir ildə multifokal linzaların implantasiyasından sonra əldə olunan nəticələrin hesabatını təqdim edib.

Seminarda Türkiyənin Ege Universitetinin professorları Mahmut Kaşkaloğlu "Multifokal linzalarda xəstə seçimi və əməliyyatdan sonrakı idarəetmə”, Tansu Erakgün "Vitreoretinal cərrahiyyədə yeniliklər”, İzmirdəki Kaşkaloğlu Göz Xəstəxanasının oftalmoloq-cərrahı Bilgehan Sezgin Asena "ICL implantasiyası üçün göstərişlər, texniki və əməliyyatdan sonrakı idarəetmə” və "Caspian International Hospital”ın oftalmoloq-cərrahı Cahid Şahbazov "Qlaukomanın erkən diaqnostikası. Hədəf GDT. Müasir beynəlxalq tövsiyələrə uyğun yanaşma” məruzələri ilə çıxış ediblər.

Sonra oftalmoloqları maraqlandıran suallar cavablandırılıb.


Qeyd edilib ki, gələcəkdə seminarın ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur.

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR