Bakıda “İncəsənət ruhu” fotosərgi və müsabiqəsinə start verilir

GƏNCLİK
21:30 03.04.2014
1588

Bakıda “İncəsənət ruhu” fotosərgi və müsabiqəsinə start verilir.

AZXEBER.COM xəbər verir ki, layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən IV qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək.Layihənin rəhbəri Hüseyn Məmmədovun verdiyi məlumata görə, əsas məqsəd gənc istedadların öz bacarıqlarını reallaşdırmasına şərait yaratmaq, onların tanıdılmasını və işlərini daha səmərəli yerinə yetirməsinə dəstək olmaqdır.Prezidentin 2011-2015-ci illəri əhatə edən Gənclər Proqramında xüsusi bacarıqlı gənclərin tanıdılması və bacarıqlarının qiymətləndirilməsinin vacibliyi öz əksini tapır. Layihə də məhz bu sahəyə diqqət çəkmək, əl işləri olanların öz bacarıqlarını təqdim etməsinə şərait yaratmaq, bu sahəyə kommersiya dəyəri qazandıraraq sahənin inkişafını təmin etmək məqsədi ilə sərgilərin təşkil olunmasını nəzərdə tutur.13-14 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində 50-dən çox gənc fotoqrafların karyeraları boyu çəkdikləri ən uğurlu fotolarından ibarət sərgi keçirilməsi planlaşdırılır. Sərgidə yalnız “Art”, “Lifestyle”, “Landscape” və “Portrait” janrında çəkilən, insanları düşünməyə məcbur edən fotolar sərgilənəcək. Sərginin sonunda münsiflər və sərgi iştirakçıları tərəfindən ən çox bəyənilən fotonun müəllifləri diplom və hədiyyələrlə təltif olunacaq.Müsabiqədə iştirak etmək istəyən gənclərin uğurlu hesab etdikləri və şərtlərə uyğun olan fotoları [email protected]/* */ ünvanına göndərmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR