Bakının Zabrat qəsəbəsində yeni doğulmuş qız uşağı tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 19-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yeni doğulmuş qız uşağı tapılıb. Körpə 1 saylı uşaq evinə təhvil verilib. Faktla əlaqədar araşdırmalar aparılır.