Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb
SOSİAL
09:12 13.05.2026
246
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın söndürülüb.

Bununla bağlı AZXSBER.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR