Bakıda iş yerindən avtomobil oğurlayan şəxs tutuldu
Bütün Xəbərlər
10:00 19.12.2012
765
Bakıda avtomobil oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Savalan Sadıxov işlədiyi, A.Şaiq küçəsində yerləşən avtoyuma məntəqəsindən Hacı Orucova məxsus “Toyota” markalı avtomaşını qaçırıb. Savalan Sadıxov Sabunçu rayonu ərazisində avtomaşını maneəyə vurub. Sonradan o, maşını ataraq hadisə yerində qaçıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşını qaçırmaqda şübhəli bilinən, Qobustan rayon sakini S.Sadıxov tutulub.