Bakıda işçilərinə diz bükdürən məşhur brend mağazasını siz də tanıyın - FAKTLAR

Bakıda işçilərinə diz bükdürən məşhur brend mağazasını siz də tanıyın - FAKTLAR
SOSİAL
10:58 16.11.2016
38151
Sahibkarların qeyri-şərtsiz əməllərindən, irəli sürdüyü lakin özlərinin heç vaxt əməl etməyi qayda-qanunlardan əziyyət çəkən çox insanlar var.

Məsələn, adının tam olaraq açıqlanmasını istəməyən Y.S. kimi…
 
Bakıda məşhur ticarət mərkəzlərində mağaza şəbəkələri olan "New Yorker”də bir müddət çalışan xanım işçinin söylədiklərini oxusanız dəhşətə gələrsiniz. Belə ki, Y.S. adlı xanım müqavilə imzalayıb, müəyyən şərtlər izah edildikdən sonra işə qəbul edilib, amma başına gələnlərdən isə yalnız iş mühitində tanış olub.
 
Onu da deyək ki, bu marka mağazalarına yalnız ali savadlı və xarici dil biliyi olan işçiləri götürür.
 
"New Yorker”in satıcılardan etdiyi tələbləri isə siyahı şəklində sadalasaq daha düzgün olar:
 
12-13 saatlıq iş rejimində oturmaq olmaz…
 
divara söykənmək olmaz…
 
digər satıcılarla 10 saniyəlik də olsa danışmaq olmaz…
 
tez-tez tualetə getmək olmaz…
 
çay, su içmək xüsusi icazə ilə verilir…
 
telefonlar əldən alınır, danışmaq olmaz…
 
Şənbə və bazar günləri işləmək mütləqdir (13 saat)
 
Mağazada satıcılar xüsusi nəzarətçi tərəfindən izlənilir və bu sadalananlara əməl etməyənlər isə pulla cərimələnir (maaşlarından çıxılır). Hətta satıcılar ayaq ağrısından o həddə çatırlar ki, bir anlıq dizlərini bükmək üçün paltarları yerə atıb götürürlər. Yəni Bakının böyük ticarət mərkəzlərində məşhur olan xarici markaların açıq şəkildə azərbaycanlı işçiləri istismar etməsi nə dərəcədə düzgündür? Bu qayda-qanunlar hansı qurumlar tərəfindən təmzinlənir? Bunların tətbiqinə necə icazə verilir?

Hüquqşunas İradə Cavadovanın fikirlərini alarkən o, adıçəkilən belə bir markanı tanımasa da, bu cür iş mühitinin yolverilməz olduğunu vurğuladı: "Ümumiyyətlə, Azərbaycan Respublikasında işləyən bütün sahibkarlar əmək müqaviləsi ilə işçinin bütün hüquqlarını müəyyən edir. Əmək müqaviləsində isə işçinin iş rejimi, iş saatı göstərilir, həftə ərzində 40 saatdan artıq olmamaq şərti ilə… Müqaviləyə əsasən işçi artıq işlədiyi iş saatına görə əlavə əmək haqqı almalı, əgər o istirahət gününü də işləyirsə təbii ki, buna görə də ona kompensasiya verilməlidir. Xarici ölkədən gələn heç bir nümayəndəyə və yaxud hansısa brend markaya bizim əmək müqaviləmizə əlavə hansısa şərtlərin tətbiq edilməsinə və işçini istədiyi kimi işlətməsinə icazə verilmir. Amma, məsələn, orda göstərilə bilər ki, hamı birdən nahar fasiləsinə çıxmasın. Mağazanın iş rejiminə əsasən, müəyyən müddətlərdə işçilər nahar fasiləsinə çıxa bilərlər. Lakin bütün işlərdə nahar fasiləsi mütləqdir, bu olmalıdır.
 
İşçilərin telefondan istifadə qadağasına normal baxan hüquqşunas kazarma rejimi tətbiq edən sahibkarların cəzalandırılmasına da toxundu. İradə Cavadova "telefonla danışmaq məsələsinə gəldikdə, bu, işəgötürənin tələbinə daxildir. O istəməz ki, onun işçisi iş vaxtını telefon danışıqlarına ayırsın. Çünki bəzən görürsən ki, təkcə mağazada deyil, digər iş struktorlarında, ofislərdə də işləyən işçilərə telefondan çox istifadə etmək, sosial şəbəkələrə girmək qadağan edilir. Buna normal baxmaq olar. Amma satıcıların bir-biri ilə ünsiyyət qurmaması, divara söykənməməsi, oturmaması, kazarma rejimi kimi işləməsini birinci dəfə eşidirəm. Əlbəttə ki, işçi buna etiraz edə bilər. Bunlar absurd məsələlərdir. Əgər satıcı işə götürəndən şikayətçi olsa sahibkar cəzlandırıla bilər. Hətta işçi ağır şəraitdə işləyirsə, nəinki 12-13, 8 saat ayaq üstə ola bilməz. Xüsusi fasilələr olmalıdır. Hətta Ağır Cinayətlər Məhkəməsində kanvoy dustağın yanında yarım saatdan artıq durmur. Yarım saatdan sonra gedib oturur və digər şəxs onu əvəzləyir. Lakin işçilər şikayət edə bilərlər və həmin mağaza sahibi o cür davranışına görə cərimələnə bilər. 12-13 saat işləmək qanunverciliyə ziddir. İşçi gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan çox olmamaq şərti ilə işləməlidir. Əgər işçi istirahət günlərində işə çıxırsa işçinin razılığı ilə ona ikiqat əmək haqqı ödənilməlidir” sözlərini əlavə etdi. (a24.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
Bu şəxslərə XƏBƏRDARLIQ - Ciddi problem yaranacaq
15:04 04.06.2026
Bu şəxslərə XƏBƏRDARLIQ - Ciddi problem yaranacaq