Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT

Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
SOSİAL
16:37 04.06.2026
995

Bakının Xətai rayonunda 34 yaşlı kişi yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham edilib.

Hadisə ötən il oktyabrın 17-də rayonun M.Hadi küçəsində baş verib.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü İsmayıl saat 10 radələrində küçədə yetkinlik yaşına çatmayan Əsmərlə (adlar şərti verilib – red.) rastlaşıb. Küçənin ortasında qıza qarşı iyrənc hərəkətlər edib.

İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə məhkəmədə ifadə verən İsmayıl ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, ötən il oktyabrın 17-də səhər saat 8 radələrində atasının yaşadığı ünvana gedib: "Qayıdanda yolda nisbətən qapalı yerdən keçərkən Əsmərlə üzbəüz gəldim. O qışqırdı, mən də qorxaraq qaçdım. Həmin vaxt qız "kömək edin” deyə səs-küy saldı. Hər hansı psixoloji problemim yoxdur. Özümü qıza kömək etməməkdə təqsirli bilirəm”.

İbtidai istintaqa verdiyi ifadəsində isə təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 17-də səhər saat 8 radələrində əsəbi olduğu üçün yaşadığı mənzildə spirtli içki olan "Tekila" içib:

"Saat 9 radələrində digər ünvanda yaşayan atama sağlamlıq haqqında arayış verdim və sərnişin avtobusu ilə geri qayıtmaq qərarına gəldim. Avtobus gecikdiyi üçün kəsmə yollarla Məhəmməd Hadi küçəsinə getdim. Binanın arka hissəsində bir nəfər azyaşlı qız uşağının gəldiyini gördüm. Ona yaxınlaşanda özümdən asılı olmayaraq sol əlimlə intim yerlərinə toxundum. Azyaşlı qışqırdığı üçün həmin yerdən qaçdım. Qaçarkən gödəkcəmin papağını başıma keçirdim”.

İş üzrə zərərçəkmiş Əsmərin sözlərinə görə, 2025-ci il sentyabrın 4-dən evlərinin yaxınlığında yaşayan Məlahət müəllimənin mənzilində əlavə dərslərlə məşğul olub: "Oktyabrın 17-də səhər saat 9:20-də evdən çıxdım. Təxminən 5-6 dəqiqə sonra yaşayış binasının altında keçid olan yerə yaxınlaşanda bir oğlanın əynindəki gödəkcənin papağını başına çəkdiyini gördüm. O, yanımdan keçərkən sifətini gizlətməklə yaxın məsafədən sol əlini qəflətən ayağım istiqamətinə yönəltdi. Mənə qarşı pis-pis hərəkətlər edərkən qışqırdım. O, əlini çəkdi və əks-istiqamətdə qaçaraq uzaqlaşdı.

Tanımadığım bir qadına yaxınlaşıb hadisə barədə bildirdim. Ucadan qışqırıq səsimi eşidən bir kişi yaxınlaşdı. Ona da baş verənləri dedim. Həmin şəxs oğlanın qaçdığı istiqamətə qaçdı”.

Əsmər ifadəsinin sonunda təqsirləndirilən şəxsin himayəsində azyaşlı qızının olduğunu, həmin azyaşlıya görə onu bağışladığını deyib.

İş üzrə şahid qismində danışan Əsmərin anası Şövkətin sözlərinə görə, hadisədən dərhal sonra qızı onunla mobil telefon vasitəsi ilə əlaqə saxladığı üçün həmin yerə gedib: "Ondan nə baş verdiyini soruşdum, hadisəni mənə danışdı. Hüquq-mühafizə orqanlarına şikayət etdim”.

Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə sənədlərindən məlum olub ki, təqsirləndirilən şəxs 2 sentyabr 2025-ci ildə 3 ay 20 gün müddətinə "Kids Zone”da aşpaz köməkçisi vəzifəsinə qəbul olunub.

Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs zərərçəkmişə qarşı əxlaqsız hərəkətlər edib. Bu səbəbdən onun əməli Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsinə tövsif edilib.

İsmayıl bir il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib./Teleqraf

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR