Bakıda islamofobiya mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda islamofobiya mövzusunda beynəlxalq konfrans keçirilir
SOSİAL
09:26 26.05.2025
740
Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.

İki gün davam edəcək konfrans islamofobiyanı doğuran qlobal, tarixi və siyasi amilləri araşdırmaq üçün mütəxəssisləri, akademikləri və dövlət rəsmilərini bir araya gətirib.

Son iki ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi G20 Dinlərarası Forumla əməkdaşlıq çərçivəsində ardıcıl olaraq islamofobiyaya həsr olunmuş beynəlxalq konfranslar təşkil edib. Bu konfransların məqsədi islamofobiyanın bütün formalarına və təzahürlərinə qarşı mübarizə səylərinə töhfə vermək olub.

Konfranslar çərçivəsində iştirakçılar islamofobiya ilə mübarizənin müxtəlif aspektlərini, o cümlədən kəsişən yanaşmanın vacibliyini, islamofobiyanın tarixi və müasir baxış bucaqlarını, birgə əməkdaşlığın təşviqini və mübarizədə beynəlxalq təşkilatların rolunu müzakirə ediblər. Bundan başqa, dini müxtəlifliyin və dinlərarası hörmətin təşviqinə dair müzakirələr də aparılıb.

Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
10:46 01.06.2025
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
10:31 01.06.2025
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
10:09 01.06.2025
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
10:02 01.06.2025
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü