Bakıda itkin düşən 12 yaşlı qız atasının dediklərini təkzib etdi

Bakıda itkin düşən 12 yaşlı qız atasının dediklərini təkzib etdi
Bütün Xəbərlər
16:07 29.11.2013
2431

Avtorallidə itkin düşən və 6 gün sonra tapılan qız Gün.Az-a danışdı.

AZXEBER.COM xəbər vermişdi ki, noyabrın 23-də Bakıda avtoralli yarışını izləmək adı ilə evdən çıxan 12 yaşlı Lalə Məmmədova və onların qonşusu 17 yaşlı Qönçə dünən axşam polis tərəfindən tapılıb.Lalənin atas Gün.az-a açıqlamasında onun qızının Qönçəyə uyaraq qaçdığını söyləmişdi. Lalə isə verdiyi açıqlamada evdən qaçmadığını və qohumlarıgilə getdiyini bildirib:“Mən evdən qaçmamışdım. Hövsandakı qohumumuzun evinə getmişdim. Amma bundan evdəkilərin xəbəri yox idi” – deyə, Lalə bildirdi.“Bəs evdən xəbərsiz olaraq 6 gün qohumunuzgildə niyə qaldınız?” deyə sualımıza cavab gözləyirdik ki, bu zaman bir qadın telefonu Lalənin əlindən aldı və ona danışmağa imkan vermədi.Daha sonra Lalənin atası Müşfiq Məmmədov telefonu götürərək bir daha qızının Qönçə tərəfindən “yoldan çıxarıldığını” təkrarladı.Xatırladaq ki, M.Məmmədov daha öncə qızı Lalə və qonşuları Qönçənin 6 gün ərzində müxtəlif internet klublarında gecələdiklərini söyləmişdi. Onların dünən axşam “Sahil” metrosu yaxınlığında tapıldığını bildirmişdi.

OXŞAR XƏBƏRLƏR