Bakıda itkin düşən 14 yaşlı qız tapıldı - Gecə saatlarında... - FOTO

SOSİAL
19:30 14.01.2020
3278

Bakıda 14 yaşlı qız itkin düşüb.
 
AZXEBER.COM milli.az-a istinadən xəbər verir ki, Aysel Salahova dünən gecə saatlarında Bilgəhdə yaşadığı evindən çıxıb, geri qayıtmayıb.

Qonşular gecə saat 00:00 radələrində qapıya taksi gəldiyini görüblər. Bundan savayı heç bir məlumat yoxdur!

Ayselin ailəsi artıq itki ilə bağlı yaşadıqları ərazinin polis şöbəsinə müraciət edib.

Yeniyetməni gorənlərdən 050 201 93 93 nömrəsinə zəng vurmaq və ya yaxınlıqdakı hüquq-mühafizə orqanlarına məlumat vermək xahiş edilir.

Qeyd edək ki, A.Salahovanın ailəsi qızlarının tapılması üçün ARB-nin "Elgizlə izlə" proqramından kömək istəyiblər. 

Belə ki, ARB TV-nin "Elgizlə İzlə" verilişinin canlı yayınına telefon bağlantısı ilə qoşulan Yadigar Salahov bacısı Aysel Salahovanın itkin düşdüyünü deyib:

"Biz Bilgəhdə yaşayırıq. Bacım Aysel ayın 12-si 13-nə keçən gecə evdən gizlincə çıxıb, onun 14 yaşı var. Heç birimizin xəbəri yoxdur, icazəsiz çıxıb. Taksi gəlib qapıya. Evdən 3manat pul götürüb və gedib. Həmin ərəfədə evdə heç bir söz-söhbət olmayıb".

***

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb.

Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb.


OXŞAR XƏBƏRLƏR