Paytaxtda keçirilmiş GT3 avtomobil yarışına baxmağa gedən 12 yaşlı qız itkin düşüb.
Bakıda itkin düşən 12 yaşlı qızın əlamətləri açıqlanıb.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin təhqiqatçısı Bilal İsmayılov AZXEBER.COM-a açıqlamasında bildirib ki, noyabrın 23-də Bakıda keçirilən GT3 avtomobil yarışına baxmaq üçün evdən çıxıb və bir daha geri qayıtmayan 12 yaşlı Laləni görənlər, onun yerini bilənlər və ya onun haqqında eşidələnlər 012 491 02 02 nömrəsinə zəng vuraraq məlumat verə bilərlər.Lalənin əlamətləri isə aşağıdakılardır.Boyu - 155 smGözlərinin rəngi - qonurÜz görünüşü - yumrusifətdirSaçlarının rəngi – şabalıdıƏynində köynək, cins şalvar, qara keta və boz rəngli idman gödəkçəsi olub.