Bakıda itkin düşən qızlar 9 gündür tapılmır - Ümid azalır

Bakıda itkin düşən qızlar 9 gündür tapılmır -  Ümid azalır
SOSİAL
16:20 25.04.2025
260

Xəbər verdiyimiz kimi Bakının Maştağa qəsəbəsində iki qız 9 gündür itkin düşüb. Bu günə qədər onlardan heç bir məlumat yoxdur.

Musavat.com xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkindir.

Onlar birlikdə Maştağa qəsəbəsindən çıxıb və bir daha geri dönməyiblər. Onlar dayıqızı-bibiqızı olublar.

Hazırda polis əməkdaşları onların axtarışını davam etdirir. Lakin harada olmaları barədə hələki informasiya əldə etmək mümkün olmayıb.

Qızların harada olmaları ilə bağlı ehtimal belə yoxdur.


OXŞAR XƏBƏRLƏR