Bakıda jurnalisti maşın vurub

Bakıda jurnalisti maşın vurub
MEDIA
16:30 05.02.2016
1699

Bakının Yasamal rayonunda jurnalist avtomobillə vurulub.

AZXEBER.COM teleqraf-a istinadən xəbər verir ki, hadisə 20 Yanvar metrostansiyasının yaxınlığında baş verib.
“Prado LAND CRUZER” markalı 10 VJ 266 dövlət nömrə nişanlı avtomobil sürətlə gələrək jurnalist Samir Güəliyevi vurub. Hadisə zamanı jurnalist piyadalar üçün nəzərdə tutulmuş yerdə olub. Jurnalisti vuraraq yolun kənarına atan sürücü avtomobilini idarə edərək hadisə yerindən qaçıb.
Xəsarət alan Samir Güəliyev Respublika Kliniki Xəstəxanasına müraciət edib.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə də məlumat verilib.
Qeyd edək ki, Samir Güləliyev Trend İnformasiya Agentliyinin müxbiridir.
OXŞAR XƏBƏRLƏR