Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Hadisəni törədən naməlum müştəri isə hadisə yerindən qaçıb.Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsində araşdırma aparılır. Polis bölməsindən APA-ya verilən məlumata görə, yaralının və kafenin işçilərinin ifadəsi alınıb. Lakin taksi sürücüsünü bıçaqlayan şəxsi müəyyənləşdirmək hələlik mümkün olmayıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.