Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 25-i saat 06:30 radələrində əvvəllər məhkum olunmuş Müşfiq Sadıqov və Bahadur Ağayev Ş.Əzizbəyov küçəsində yerləşən aptekə oğurluğa giriblər.
Onlar Sona Abbasovaya məxsus aptekin qapısını sındıraraq içəri girib, dərmanları oğurlayıblar.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları oğurluqda şübhəli bilinən hər iki şəxsin qollarına qandal vurublar. M.Sadıqovdan 0,406 qram, B.Ağayevdən isə 0,197 qram heroin aşkar olunub.//milli.az-a