Bakıda köhnə stansiyanın yerində möhtəşəm park salınır - FOTOLAR

Bakıda köhnə stansiyanın yerində möhtəşəm park salınır - FOTOLAR
Bütün Xəbərlər
11:31 17.04.2013
5433

Bakının Sabunçu rayonu ərazisində böyük ərazi hasara alınıb. Bakıxanov qəsəbəsində, “Razin stansiyası” kimi tanınan ərazi hasara alınaraq tamamilə sökülür. Sökülən yerdə xırda mağazalar, kafelər, iaşə obyektləi var.

Sabunçu Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildirildi ki, həmin ərazi sökülərək genişləndirilir. Söküntü işləri başa çatandan sonra ərazidə möhtəşəm park salınacaq. Bundan başqa həmin ərazidə tikilməsi nəzərdə tutulan metronun "Bakıxanov" stansiyası üçün torpaq sahəsi ayrılır.

Bakı Mertropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirdi ki, "Bakıxanov" stansiyasının tikintisi gələcəkdə nəzərdə tutulub. Bakıxanov qəsəbəsində stansiya üçün torpaq sahəsi ayrıla bilər, ancaq tikinti işlərinə başlanmayıb.

 Qurum rəsmisinin sözlərinə görə, hazırda "Avtovağzal" və "Cavadxan" stansiyalarının tikintisi gedir. Onlar baş çatdırılandan sonra "Bakıxanov" stansiyasının tikintisindən danışmaq olar.//milli.az

OXŞAR XƏBƏRLƏR