Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir SİLLƏ
SOSİAL
20:53 28.07.2026
506
Bakıda kişi arvadını döyüb.

AZXEBER.COM "lent.az”a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.

39 yaşlı Fərid Nəcəfov (ad və soyad şərtidir) yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Nigarı (şərti adla) əl və ayaq zərbələri ilə döyərək, xəsarətlər yetirib. İttiham aktına görə, hadisəyə səbəb Nigarın ərindən gizli özünə yeni telefon alması və ətir alveri ilə məşğul olması olub.

Zərərçəkənin şikayəti əsasında Fərid polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, fəhlə işləyərək gəlir əldə edir:

 "Həmin gün işə getmədiyim üçün evdə olmuşam. Evin yataq otağına daxil olanda arvadımın əlində əvvəllər görmədiyim yeni mobil telefon olduğunu görərək, ondan telefonun kimə məxsus olduğunu soruşdum.

Nigar da məndən xəbərsiz ətir satışı ilə məşğul olduğunu, bu səbəbdən gizli şəkildə yeni mobil telefon alaraq işlətdiyini etiraf etdi. Bu zaman aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilməyib əlimlə və ayağımla Nigarın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurdum.

Bundan sonra o, ağlayaraq qonaq otağına getdi, özüm də sakitləşmək üçün yataq otağında qaldım. Sonradan Nigarla boşanmaq qərarına gəldiyimiz üçün arvadım valideyinlərinin yaşadığı evə, özüm də valideyinlərimin yanına Mingəçevirə getdim. Bu hadisədən sonra arvadımla telefonla danışdıq, lakin qadın onu döydüyüm üçün üzr istəməyəcəyim təqdirdə döyülməsi ilə əlaqədar polisə şikayət edəcəyini bildirdi.

Buna görə telefonda da onunla mübahisə etdim. Bir müddət sonra isə arvadımın məndən polisə şikayət etdiyini öyrəndim”.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, arvadı yüngül həyat tərzi sürən rəfiqəsi ilə yazışıb. Buna görə də, Nigara hər mesaja görə 1 olmaqla, ümumilikdə 20 sillə vurub. Fərid Nəcəfov əməlindən peşman olduğunu bildirib.

Zərərçəkən Nigar da həmçinin ərinə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Fərid Nəcəfov məsuliyyətdən azad olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
22:48 11.09.2026
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO