Ötən gecə Bakının Suraxanı rayonunda dəhşətli hadisə baş verib. Suraxanı rayon prokurorunun köməkçisi Vaqif Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, Hövsan qəsəbəsində naməlum kişi meyidi tapılıb. Meyidin boğazında ülgüclə kəsik izi olub. Hadisə şahidlərinin hüquq-mühafizə orqanlarına verdikləri məlumata görə, həmin kişi intihar edib. Deyilənlərə görə, kişi sağ əli ilə boğazını ülgüclə kəsib. Hazırda dəhşətli şəkildə intihar edən şəxsin kimliyi araşdırılır.