Yasamal rayonu ərazisində yaşayan 53 yaşlı Etibar Əzizovbir müddət əvvəl boşandığı arvadını cinayətdə ittiham edir. Kişi dünən Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə şikayət edərək 47 yaşlı Ülviyyə Bağırovanın ona məxsus 2 ədəd xalça və bir ədəd brilliant qaşlı üzük oğurladığını deyib.Yasamal rayon Polis İdarəsindən bildirildi ki, hazırda araşdırma aparılır.(Milli.az)