Bakıda iki qadın kişini küçənin ortasında döydü.
Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, Dərnəgül qəsəbəsi ərazisində öz maşını ilə gedən kişini başqa bir qadın sürücü yolda saxlatdırıb. Sonra həmin qadın və yanındakı xanım sərnişini kişini döyməyə başlayıblar. Kişinin paltarları cırıq-cırıq olub.
Hadisənin təfərrüatı məlum olmasa da, hadisə şahidləri kişini döyənlərən birinin zərərçəkmişin həyat yoldaşı, digəri isə sevgilisi olduğunu bildirirlər. Polis əraziyə gələrək onları sakitləşdirib.