Bakıda kişini elektroşokla vurdular

Bakıda kişini elektroşokla vurdular
Bütün Xəbərlər
13:30 31.10.2014
1049
Zaxarov tutulub.
Naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokla vuraraq içərisində 5000 manat olan selofan paketi əlindən alıb qaçıb.
Bakı şəhər BPİ-dən AZXEBER.COM-a verilən xəbərə görə, hadisə oktyabrın 30-da saat 16:10 radələrində baş verib.
Qaradağ rayonunda yerləşən ticarət mərkəzində Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.
OXŞAR XƏBƏRLƏR