Bakıda kişinin başına göydən daş düşdü

Bakıda kişinin başına göydən daş düşdü
Bütün Xəbərlər
15:18 07.05.2014
3340
Abutalıbov xəstəxanaya yerləşdirilib.
Bakıda baş nahiyəsindən ağır xəsarət almış şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Nərimanov prospektindən xəstəxanaya gətirilən 1974-cü il təvəllüdlü Abutalıbov Elman Mübariz oğlunun başında küt xəsarətlər aşkarlanıb.
İlkin məlumata görə, 40 yaşlı E.Abutalıbov binanın qarşısından keçərkən onun başına divardan qopmuş bərk cisim düşüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR