İctimai iaşə evi yanğından mühafizə olunub.
Bakının Sabunçu qəsəbəsində əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərən binada yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 5000 kv.m olan, hal-hazırda sökülməkdə olan, taxta konstruksiyalardan ibarət ictimai iaşə evinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
İctimai iaşə evinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
09.12
Bakının Sabunçu qəsəbəsində əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərən binada yanğın başlayıb.AZXEBER.COM xəbər verir ki, APA-nın məlumatına görə, əraziyə 5 yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.Qeyd edək ki, 2 mərtəbəli klub hazırda fəaliyyət göstərmir. İlkin məlumata görə, müəyyən yaşayış yeri olmayan şəxslər binanın birinci mərtəbəsində gecələyir. Onların qızınmaq məqsədilə binada qaladığı ocağın yanğına səbəb olduğu ehtimal olunur.