Bakıda kontur kartlarının qiyməti artıb.
AZXEBER.COM-un verdiyi məlumata görə, əksər köşklərdə “Azercell” və “Bakcell” konturları 10 qəpik baha satılır.
Yəni 2 manatlıq kontur 2.10 AZN, 5 manatlıq kontur 5.10 AZN və s. Buna səbəb isə adıçəkilən mobil operatorların satış qiymətini artırmasıdır. Belə ki, 2 manatlıq konturu 1.98 və ya 1.99 AZN-ə alan köşklər və ya digər satış obyektləri onun satış qiymətini artırmağa məcbur olublar. Bəzi yerlərdə isə ümumiyyətlə, kontur satışı dayandırılıb. Bu hal isə istifadəçilərdə narazılıq yaradıb.