Bakıda Körpələr evində cinayət - müdir müavinini ittiham etdi

Bakıda Körpələr evində cinayət - müdir müavinini ittiham etdi
Bütün Xəbərlər
12:31 28.11.2015
1278
Müdir polisə şikayət edərək müavinin möhürü oğurladığını dedi.
Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Nərimanov rayonunda baş verib.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Günay Ağamalı polisə müraciət edərək bildirib ki, rəhbəri olduğu N.Yusifbəyli küçəsində yerləşən Körpələr evinin müavini, 1987-ci il təvəllüdlü Firuzə Əliyeva möhürü gizli yolla ələ keçirib.
Sonra F.Əliyeva orada tərbiyəçi işləyən Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Səbinə Əzimzadənin adına arayışı möhürlə təsdiq edib. Müdir müavini sonra həmin arayışla AG Bankdan 1800 manat pul götürərək mənimsəyib.
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR