Bakı şəhərində bir neçə il əvvəl inşa olunmuş körpü damır. Metronun “20 Yanvar” stansiyasının yaxınlığında 2006-cı ildə istifadəyə verilmiş körpünün altında yaranmış su gölməçəsi belə düşünməyə əsas verir. Körpünün alt hissəsi boyu günün istənilən vaxtı su damcılayır.
Körpüdən suyun hansı səbəbdən dammasına “Azəryolservis” açıqlama verdi. Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, həmin yol ötürücü qovşaq iki körpünün birləşməsidir. Həmin körpünün üst hissəsində, həmin birləşmənin üstündə ayırıcı zolaq var və orada dekorativ ağaclar əkilir. Həmin ağacların sulanması zamanı artıq su körpünün alt hissəsindən axır.
Qurum rəsmisi əlavə etdi ki, həmin körpüdə bir müddət əvvəl çat olması ilə bağlı mətbuat yazırdı. İzah olundu ki, körpüdə çat deyilən yer əslində, deformasiya tikişidir. (Milli.az)