Bakıda körpünün üzərində yol qəzası olub, xəsarət alanlar var

Bakıda körpünün üzərində yol qəzası olub, xəsarət alanlar var
HADİSƏ
20:08 15.01.2026
344
Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, qəza zamanı xəsarət alan şəxslər vətəndaşlar və ərazidə xidmət aparan yol polisi əməkdaşlarının köməkliyi ilə avtomobildən çıxarılıb.

Bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün polis əməkdaşları tərəfindən zəruri şərait yaradılıb.
OXŞAR XƏBƏRLƏR