Bakıda küçə iti məktəblinin sifətini parçaladı - FOTO

Bakıda küçə iti məktəblinin sifətini parçaladı -  FOTO
SOSİAL
10:35 04.08.2016
3191

Ötən gecə Bakı şəhəri, Zabrat qəsəbəsində 2006-cı il təvəllüdlüŞirinov Rauf Eldar oğlunu nəzarətsiz qalan it dişləyib. R.Şirinova 3 saylı Sabunçu Klinik Xəstəxanasında ilk yardım olaraq quduzluq əleyhinə vaksin vurulduqdan sonra Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

R.Şirinov, əsasən, üz nahiyyəsindən xəsarət aldığından Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov xəstəxanaya dəvət edilib.Xəstəyə ilkin olaraq sol göz almasının kəsilmiş-cırılmış yarası, alt göz qapağının kəsilmiş-cırılmış yarası, üzün, çənənin yumşaq toxumalarının kəsilmiş-cırılmış yarası diaqnozu qoyulub.Xəstə gecə 23:30 radələrində şöbə müdiri tərəfindən müayinə edildikdən sonra təcili əməliyyata alınıb. Yara kosmetik cərrahiyyə olunub, hazırda xəstənin vəziyyəti kafidir.

Hadisə ilə bağlı şöbə müdiri ilə əlaqə saxlamaq istəsək də, o, müsahibə verməkdən imtina edib.Bu səbəbdən də R.Şirinovun dayısı Sahib Məmmədova müraciət etdik. S.Məmmədov sayta açıqlamasında uşağın səhhətinin kafi olduğunu bildirib:

"Uşaq əvvəlcə Sabunçu Rayon xəstəxanasına yerləşdirilmişdi. Mən ora çatanda onu artıq əməliyyat etmişdilər. Sabunçuda bizə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutuna getməyi məsləhət gördülər. Biz orada 5 saat gözlədik. İki savadsız həkim uşağı o vəziyyətdə gözlətdi, axırda mən özüm imtina ərizəsi yazdım".

S.Məmmədov bundan sonra Raufu Tibb Universitetinin Cərrahiyyə Klinikasına aparıb:"Xəstəxanada uşağa Qurban həkim baxdı. Çox sağ olsun, balamızı bizə qaytardı. Gözünə də baxdı, yaranı da müayinə etdi. Əməliyyat yerini açıb baxanda dəhşətə gəldi. Özü yaranı təmizlədikdən sonra yenidən kosmetik əməliyyat etdi. Şükür allaha ki, uşaq indi yaxşıdır.Növbəti dəfə də avqustun 5-də vaksini etdirəcəyik. Həkim hər hansı bir təhlükə olmayacağını deyib".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib