Qadını qarət edən şəxs tutulub
Bakının Səbail rayonunda küçədə qadına zor tətbiq olunub.
AZXEBER.COM Daxili İşlər Nazirliyini mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bir kişi Tiyara Yunisovaya zor tətbiq edib içərisində 153 manat və qızıl üzük olan pul kisəsini alıb. Qadın polisə şikayət edib. Şikayət əsasında Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadına hücum edən şəxs tutulub. Onun Masallı rayon sakini Cəmaləddin Məmmədov olduğu məlum olub.