Bakıda küçədə qonşular arasında qanlı dava - yaralılar var

HADİSƏ
11:09 23.02.2021
755
Bakıda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qüdrətov İlqar Rəhman oğlu küçədə qonşusu, 1961-ci il təvəllüdlü Məmmədov Nadir İsmayıl oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə hər iki şəxs üzərində gəzdirdikləri bıçaqla bir-birilərinə bıçaq xəsarətləri yetiriblər.

Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR