Bakıda zibillikdən tapılan uşaqla bağlı bəzi məqamlar üzə çıxıbNəsimi rayon Prokurorluğundan verilən məlumata görə, körpə mayın 9-da zibillikdən deyil, Xəzər rayonu 2-ci polis bölməsinin ərazisində küçədən tapılıb.Bəzi mənbələrdə bildirildiyi kimi, körpə tapılarkən 26 günlük deyil, 2 aylıq olub. O, dərhal 1 saylı Körpələr Evinə təhvil verilib.Prokurorluqdan o da bildirilib ki, körpənin adı xəbərlərdə qeyd edildiyi kimi Nigar deyil, Nərmin Əliyevadır. Bu soyadı ona 1 saylı Körpələr Evinin müdiri Nəhayət Əliyeva verib.