Bakıda külək güclənəcək

Bakıda külək güclənəcək
Bütün Xəbərlər
14:51 02.07.2015
1160
34 dərəcə isti olacaq.
İyulun 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
AZXEBER.COM  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR