Paytaxtda kütləvi dava bıçaqlanma ilə nəticələnib. Hadisə ötən gecə saat 04.00 radələrində İslam Səfərli küçəsi 11 saylı binanın qarşısında baş verib. Ərazidəki barlardan birində sözləri çəp gələn iki qrup gənc mübahisələrini həmin ünvanda davam etdiriblər. Elə burada da qrup mübahisə edənlərdən birinin bıçağa əl atması bir neçə nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə şahidləri 4 nəfərin xəsarət aldığını bildirsələr də, 1 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif xəsarətlərlə 2 yaralı gətirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Davada iştirak etmiş və hadisəni törətmiş digər şəxslərin axtarışları davam etdirilir.